Yuxarı

SSRİ-nin məşhur manyakının oğlundan şok açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ-nin müxtəlif bölgəsində silsilə qətllər törədən məşhur sovet manyakı Andrey Çikatilonun oğlu Yuri Çikatilo atası barədə sensasiyalı məlumat verib.

Axar.az Ukraina.ru saytına istinadən xəbər verir ki, o, atasının qətlləri hər hansı xəstəlikdən deyil, Ukrayna millətçiliyi səbəbindən törətdiyini dilə gətirib.

Kiyevdəki Maydan hadisələrinə qatılan Yura daha sonra jurnalistlərə atasının millətçilik hisslərindən bəhs edib:

"Atam ötən əsrin 80-ci illərində Ukraynanın müstəqilliyinin vacibliyi barədə dəfələrlə fikirlər səsləndirirdi. Vurğulayırdı ki, öz iqtsadi siyasəti ilə Kreml Ukrayna xalqını talayır. Atam Ukraynanın Sumski vilayətinin kəndlərinin birində anadan olub. İctimai işlərdə fəallıq göstərərdi, köçdüyümüz Rostovda nəşr olunan qəzetlərdə məqalələri işıq üzü görərdi. Dostları ilə masa arxasında da Ukraynanın müstəqilliyindən bəhs edər, ətrafındakıları sovet quruluşunun dəyişdirilməsinə çağırardı. Deyirdi ki, Ukrayna ayrılsaydı, vəziyyətimiz Polşadakı kimi olardı. Pulların Moskvaya gönədrilməsini düzgün saymırdı. 30 il Kommunist Partiyasının üzvü olsa da, bu təşkilata nifrətini heç vaxt gizlətmirdi".

Xatırladaq ki, "Rostov qəssabı", "Vətəndaş İks" və "Qırmızı kabus" ləqəbləri ilə tanınan Andrey Çikatilo 1994-cü ilin fevral ayının 14-də ölüm cəzasına məhkum edilib. O, 53 sübut olunan qətldə təqsirli bilinib.

Mütəxəssislər Çikatilonun oğlunun bu ilin fevral ayında Maydanda görünməsini təsadüfi saymayıblar. Çünki bu il onun atasının edamından 20 il keçir.

Tarix
2014.09.18 / 09:30
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla