Yuxarı

"Türkiyəni ABŞ deyil, bu dost ölkə məyus etdi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Təqvim" qəzetində "Bu necə dostluqdur?" başlığında xəbər dərc edilib.

Axar.az xəbər verir ki, qəzet ABŞ-ın Türkiyəyə təzyiqləri qarşısında susan Qətəri tənqid edib.

Qəzet bildirir ki, ABŞ FETÖ və PKK ilə əlaqəsi olan bir keşişi bəhanə edərək Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə qərar verib. Sanki ikinci bir 15 iyul təcrübəsi olan bu sanksiyalar dünya miqyasında sərt reaksiyaya yol açıb. Bir çox ölkə Türkiyənin yanında olduğunu göstərən bəyanatlar verib. Türkiyəyə xəyal qırıqlığı isə ən gözlənilməz yerdən gəlib. Qətər Türkiyəyə tətbiq olunan bu haqsız sanksiyalara qarşı dəstək vermək əvəzinə, səssiz qalmağı seçib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə telefon danışığı reallaşdırılıb.

Xatırladaq ki, Körfəz ölkələri Qətəri blokadaya alıb, onu işğal etməklə hədələdiyi bir vaxtda Türkiyə təkbaşına rəsmi Dohaya açıq şəkildə dəstək vermişdi. Bir növ Səudiyyə Ərəbistanının Qətərə ordu yeritməsinin qarşısını almışdı.

Tarix
2018.08.14 / 08:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla