Yuxarı

4 ölkə birləşsə... - ABŞ-ın çöküş ssenarisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Çin, Rusiya və İran biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq.

Publika.az xəbər verir ki, bu sözləri ingiltərəli jurnalist və Oksford Araşdırmalar Universitetinin müdiri Mark Almond “Gündəlik Teleqraf” qəzetində dərc edilən məqaləsində qeyd edib.

Jurnalist analizdə ABŞ prezidenti Donald Trampın bir çox ölkəyə sanksiya tətbiq etməklə bu ölkələri bir araya gəlməyə məcbur etdiyini bildirib. Trampın sanksiyaları nəticəsində Boğazlardan Pekinə qədər yeni bir istiqamətin yaranacağını ehtimal edən Almond sanksiyaya məruz qalan ölkələrin ABŞ-ı küncə sıxışdıra biləcəyini deyib.

“Sanksiyaların məqsədi bir dövləti təcrid etmək deyilmi? Boğazlardan Pekinə qədər bir xaricedilmişlər bölgəsi qurmaq bumeranq effekti yarada bilər. Trampın bir sonrakı həmləsini düşünmədiyi ölkələrə sanksiya tətbiq etməsi ölkələrin ittifaqını yaradacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın həmlələrinə qarşı ölkəsinin yeni dostlar qazanacağını elan etdi və Rusiya prezidenti ilə telefonla danışaraq, istiqamətini dəyişmək mesajını verdi. Türkiyə açar möqvedədir, çünki NATO-nun üzvüdür. Türkiyənin Avopa ilə Asiyanın kəsişməsində yerləşməsi, İran, İraq, Suriya və Rusiya ilə qonşu olması Vaşinqtonun bu ölkəni hər zaman NATO-da görmək üçün səbəbdir. Pakistan indidən Türkiyənin yanında olduğunu elan etdi. Rusiya yaxın dövrdə Pakistana ABŞ-ın saxladığı hərbi təlim və tədarük dəstəyinin yerinə yardım təklif etdi”, - Almond qeyd edib.

Tarix
2018.08.15 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla