Yuxarı

Yaxın Şərq və Türkiyə üçün yüzilliyin fürsəti: Hər şey dəyişə bilər…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Baş naziri Heydər Abadinin Ankara ziyarətində başda İŞİD, PKK olmaqla terror qruplaşmalarına qarşı əməkdaşlıq və iqtisadi sahədə atılacaq addımlarla yanaşı, Ovaköy sərhəd-keçid məntəqəsinin açılması məsələsi də müzakirə edilib.

Axar.az xəbər verir ki, İraq Türkman cəbhəsinin Türkiyə nümayəndəsi Hicran Kazancı liderlərin görüşündə müzakirə olunan Ovaköy layihəsinin tez bir zamanda həyata keçirilməsini istədiklərini bildirib.

Ovaköy-Bağdad xəttinin açılmasının yüzilliyin fürsəti olduğunu söyləyən Kazancı layihənin həyata həyata keçirilməsinin zəruri olduğunu və düşmən ölkələrin layihəyə mane olmaq üçün müəyyən addımlar ata biləcəklərini bildirib.

“Ovaköy-Təlafər-Mosul-Bağdad ticarət yolunun açılması istiqamətində atılan addımlar İraq və Türkiyə üçün həyati önəm daşıyır. ABŞ-ın bu xətlə bağlı fərqli planları var. Şimalda 5 ayrı hava limanı və hərbi baza qurmaq hədəfləri var. Süleymaniyyə-Köysancak, Ərbil, Duhok və Kərkükün Altınkörpü bölgələri ilə birlikdə Təlafər-Mosul xəttində də 2 hərbi baza inşa edəcəklər. Bu bazalar həmçinin hava limanı olaraq fəaliyyət göstərəcək. Əsas məqsəd Bərzani və Talabanini “Baypas” edən, Sincar xəttində terror kolidoru layihəsini çətin salacaq Ovaköy-Bağdad xəttinə əngəl yaradılmasıdır. Bu barədə bütün tərəflər diqqətli olmalıdır”, - Kazancı vurğulayıb.

Kazancı yeni qurulacaq xəttin Türkiyə ilə islam dünyası arasında körpü rolu oynayacağını bildirib.

Tarix
2018.08.18 / 17:43
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla