Yuxarı

Azərbaycanlı Kəbədə tapdığı pulqabıya görə nələr etdi?!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlardan biri Kəbənin ətrafında dolanma ibadətini yerinə yetirərkən pul qabı tapıb.

Virtualaz.org xəbər verir ki, zəvvar dərhal pul kisəsini açıb və içərisində tapdığı mobil telefon nömrəsinə zəng vurmağa başlayıb. Pul qabının içində avro və Səudiyyə rialı ilə nəğd pul, bir neçə kredit kartı olub.

Abdulla adlı azərbaycanlı zəvvar mobil telefon nömrəsinin Fransa mobil operatorlarından birinə aid olduğunu görüb və ona dəfələrlə zəng vursa da nömrə bağlı olub. Sonra o, pul qabında tapdığı stasionar telefon nömrəsinə zəng vurub, telefonun dəstəyini götürən şəxs pul qabını itirən zəvvar ibn Zaruqun qohumu olduğunu bildirib.

Qohumu zəvvarın üçüncü ölkədə olan arvadının telefon nömrəsini ona verib. Abdulla həmin nömrəyə zəng vurub, bildirib ki, ərinə itirdiyi pul qabının Azərbaycandan olan zəvvartərəfindən tapıldığını çatdırsın. Pul qabını itirən zəvvarın arvadı isə Həcc ziyarətində əri ilə birlikdə olan dostunun adını deyib.

Abdulla dərhal avropalı, amerikalı və türkiyəli zəvvarlar üçün tavaf ibadətini –Kəbənin ətrafına dövrə vurmağı təşkil edən təsisatla əlaqə saxlayıb, onlardan fransalı zəvvarı tapmaqda kömək istəyib. Həmin struktur öz məlumat bazasından ibn Zaruqun barəsində məlumatları tapıb, onun qaldığı otellə əlaqə saxlayıb və fransalı zəvvardan pul qabını gedib götürmək xahiş olunub.

Fransalı zəvvar pul qabının tapılıb ona qaytarılacağına heç vaxt inanmırdı, xüsusən də pul qabı ziyarətin ilk günlərində Kəbənin ətrafında itirilmişdisə.

Abdulla deyib ki, o ilk dəfə 1974-cü ildə həccə gedəndə öz pul qabını itirmişdi və onu təhlükəsizlik qüvvələrinin əməkdaşları tapıb qaytarmışdı. “Mən indi 44 il sonra öz borcumdan çıxdım”-o deyib.

Fransalı zəvvar isə deyib ki, içərisində mühüm sənədləri olan pul qabını itirdiyinə görə çətin vəziyyətə düşmüşdü və Allaha pul qabının tapılması üçün dua edirdi.

Tarix
2018.08.19 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla