Yuxarı

Moldova avrointeqrasiyadan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova parlamenti ikinci oxunuşda konstitusiyaya avrointeqrasiya haqqında bəndin salınması barədə qanun layihəsini qəbul etməyib.

Axar.az xəbər verir ki, qanun layihəsinə sosialistlər, kommunistlər, liberallar və liberal demokratlar səs verməkdən imtina ediblər. Layihənin lehinə cəmi 54 deputat səs verib. Qanun layihəsinin qəbul edilməməsinə səbəb yetərsayın (67 səs) təmin edilməməsi olub.

Jurnalistlərə açıqlama verən Moldova parlamentinin spikeri Andrian Kandu bildirib ki, qanun layihəsinin təsdiqlənməməsinə liberal və liberal-demokrat fraksiyalarından olan 13 deputatın səsvermə zamanı iclas zalını tərk etməsi səbəb olub:

“Bu, Avropa gələcəyi üçün şans idi. Biz avrointeqrasiya ilə bağlı referendum təşəbbüsü imkanlarını nəzərdən keçiririk. Yəqin ki, o, parlament seçkisinin baş tutacağı tarixdə (24 fevral – red.) keçiriləcək”.

Tarix
2018.10.18 / 13:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla