Yuxarı

Gürcü müxalifəti parçalandı: Bakradze yenə getdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Gürcüstanı Partiyası Salome Zurabişvilinin inauqurasiyası günü – 16 dekabrda müxalifətin təşkil etdiyi etiraz aksiyasına qatılmaqdan imtina edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiyanın deputatı Giqa Bokeriya deyib.

“Aksiyalarda iştirak etməyəcəyik. Gərək, ağıllı hərəkət edək. Biz vətəndaşlarımızda saxta gözləntilər yaratmamalıyıq. Avropa Gürcüstanı seçki sisteminin dəyişdirilməsinə və beynəlxalq tərəfdaşları tərəfindən legitim təzyiqlərin səfərbərliyinə diqqətini yönəldəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Avropa Gürcüstanı Partiyası son prezident seçkisində David Bakradzenin namizədliyini irəli sürmüşdü. 10%-dən çox səs toplayan Bakradze ikinci turda müxalifətin vahid namizədi Qriqol Vaşadzeni dəstəkləmişdi. Partiya həmçinin seçkidən dərhal sonra müxalifətin digər nümayəndələri ilə birgə etiraz aksiyalarına qoşulacağını bildirmiş və Tiflisdəki aksiyalarda iştirak etmişdi.

Avropa Gürcüstanı Partiyası 2015-ci il parlament seçkisindən sonra yaranıb. Partiyanın yaranmasında həmin dövrdə Vahid Milli Hərəkat Partiyasının elitası hesab edilən siyasətçilər, xüsusilə, Giqa Bokeriya və David Bakradze böyük rol oynayıb. Bu siyasətçilər partiyadan Saakaşvilinin Vahid Milli Hərəkatın lideri vəzifəsində qalmasına etiraz etdikləri üçün uzaqlaşıblar.

Bokeriya və Bakradze ilə bərabər Vahid Milli Hərəkatı onlarla şəxs tərk edib. Nəticədə Vahid Milli Hərəkatın parlamentdəki fraksiyasında da parçalanma yaranıb. Bunun sayəsində Vahid Milli Hərəkatın parlamentdəki deputatlarının sayı altıya enib və partiya parlamentdə ikinci ən böyük güc statusunu Avropa Gürcüstanı Partiyasına verməli olub.

Saakaşvili indiyə qədər bu partiyanın yaranmasını Bidzina İvanişvilinin oyunu adlandırır.

Tarix
2018.12.13 / 13:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla