Yuxarı

S-400 böhranı: Türkiyə həqiqətən Qərbdən uzaqlaşır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
S-400 böhranı: Türkiyə həqiqətən Qərbdən uzaqlaşır?

Türkiyə S-400-lər almaqla Qərbdən uzaqlaşmağa hazırlaşmır.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Barış Dosterin “Cümhuriyyət” qəzetində dərc olunan köşə yazısında yer alıb.

“Türkiyənin Rusiyadan S-400 alması qətiyyət göstərmək baxımından önəmlidir. Lakin bunu şişirdib, Türkiyə-ABŞ əlaqələrində parçalanmaya səbəb olacağını söyləmək çox çətindir. Belə ki, ABŞ-ın Türkiyənin siyasəti, bürokratiyası, ordusu, iqtisadiyyatı üzərində güclü nüfuzu var, üstəlik, hazırkı iqtidar ölkə tarixinin indiyə qədər gördüyü ən amerikayönlü qüvvələrdən biridir.

Hazırda əsas məsələ S-400 alışının Qərbdən strateji ayrılmaya səbəb olub-olmayacağıdır. Rusiyadan S-400 alarkən, ABŞ-dan da "Patriot" üçün qiymət istəməsi, əslində balans axtarmağın sübutudur. Hava hücumundan müdafiəni gücləndirmək məsələsinə gəlincə isə Ankara Fransa və İtaliyanın birgə şirkəti olan “Avrosam”la razılaşdı. Razılaşma yeni nəsil hava hücumundan müdafiə sistemlərinin tədarükü, istehsalı, inkişaf etdirilməsi və ixracını özündə ehtiva edir. Bu da Türkiyəni Qərbdən qopmadığını, ondan uzaqlaşmaq niyyətinin olmadığını göstərən həmlədir.

Türkiyə bundan sonrakı dönəmdə ABŞ-dan asılılığını Rusiyadan asılılıqla əvəz etməməlidir. Ankara öz hava hücumunda müdafiə sistemini inkişaf etdirməlidir”, – deyə o bildirib.

Tarix
2019.03.09 / 12:42
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla