Yuxarı

“Türkiyədə hər an çevrilişə cəhd ola bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə təəssürat yaranıb. Türkiyə siyasi arenasında son vaxtlar xeyli gərginlik yaşanır. Əvvəlcə hərbçilərin, dövlət çevrilişində ittiham edilənlərin həbsi və nurçularla bağlı məhkəmə proseslərinin getməsi və s. Ölkədə çevrilişə hər an cəhd edilə bilər.

Axar.az xəbər verir ki bu sözləri türk siyasi ekspert Arif Əsəlioğlu Türkiyədə gedən siyasi prosesləri analiz edərkən deyib.

Türkiyə hakimiyyətinin çətin dövrlərdən keçdiyini qeyd edən Əsəlioğlu rejimin "qaranlıq otaqda qara pişik" axtardığını bildirib:

"2013-cü ildə Ərdoğan hökuməti korrupsiyada ittiham edilirdi. Ancaq hakimiyyət bu olaydan çətinliklə də olsa, çıxa bildi. Məlumdur ki, indi ölkədə növbəti dövlət çevrilişinə cəhd edilə bilər. İndi prokurorluq jurnalistlər və ictimai xadimlərə qarşı təzyiq edir. Avropa Birliyi isə Ankaranı söz azadlığını pozmaqda ittiham edir Belə ki, hakimiyyət hüquqi dövlətin erroziyasına imkan yaradaraq dövlətin səlahiyyətlərini genişləndirdiyinə görə tənqid edilir. İndiki halda Türkiyədə çevriliş həyata keçirmək mümkündürmü? Əminəm ki, mümkün deyil. Ərdoğan paralel dövləti bəhanə edərək hakimiyyətin bütün qollarında nəzarəti ələ keçirir".

Xatırladaq ki, 2013-cü ildə korrupsiya ittihamı ilə bağlı Ərdoğan hökuməti dörd naziri istefaya göndərmək məcburiyyətində qalmışdı.

Tarix
2015.01.25 / 09:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla