Yuxarı

“Bu qərar Moskvanın heç vecinə də deyil” – Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu qərar daha çox simvolik və imic xarakteri daşıyır. Səsvermədə iştirak hüququnun qadağan edilməsi qətiyyən ciddi sanksiya deyil".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev AŞPA tərəfindən rusiyalı deputatların səsvermə hüququnun dayandırılmasını şərh edərkən deyib.

Politoloq AŞPA-nın rusiyalı deputatlarla bağlı qərarının ölkəyə ciddi bir təsirinin olmayacağını bildirib:

"Bu, ancaq öz beynəlxalq imicini düşünən ölkələrə təsir göstərə bilər. Halbuki Rusiyanın bunu düşünmədiyi çox açıqdır və bu, heç Moskvanın vecinə də deyil. Yəni bunun Rusiyaya heç bir təsiri olmayacaq. O ki qaldı Rusiyanın ilin sonunda Avropa Şurasından (AŞ) çıxacağı ilə bağlı Rusiyanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin açıqlamasına, bu, mümkündür. Vaxtilə belə bir şey Yunanıstanda da olmuşdu. 1972-ci ildə Yunanıstanda çevriliş olanda burada hərbi xunta tərəfindən geniş şəkildə işgəncə taktikası tətbiq olunurdu. Bu üzdən bir sıra ölkələr Yunanıstanı Avropa İnsan Hüquqları Məhkəməsinə vermişdilər. Yunanıstan isə daha sonra özü müraciət edərək bu Şuradan çıxmış, 1978-ci ildə isə quruma qayıtmışdı".

Politoloq onu da qeyd etdi ki, Rusiya öz yolundan dönən deyil:

"Hazırda Rusiya Mariupol istiqamətində irəliləyərək separatçılara hərbi dəstəyini daha da artırıb. Dünən Donbas separatçıları elan ediblər ki, biz öz hərbi hava qüvvələrimizi yaradacağıq. Maraqlıdır, görəsən onlarda Mİ təyyarələri haradandır? Əlbəttə ki, bunu separatçılara Rusiya verir. Buna görə də indi AŞPA-nın bu qərarı Rusiyanın geri addım atmasına qətiyyən təsir göstərməyəcək. Bu qərar ancaq müxalifətə hökuməti tənqid imkanı verə bilər. Ancaq Rusiyada hazırda güclü bir müxalifət də yoxdur. Əsas rol sağ partiyalarındır və onlar da hazırda Vahid Rusiya Partiyasını dəstəkləyirlər. Liberal hərəkat isə Rusiyada heç bir güc qazana bilməyib".

Tarix
2015.01.31 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla