Yuxarı

Türkiyəni itirmək ABŞ üçün fəlakət olacaq - Rus ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəni itirmək ABŞ üçün fəlakət olacaq - Rus ekspert

Vaşinqton Ankaranın Qərb blokunda qalması üçün hər şeyi etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksandr Bloxin İncirlik və Kürəcik aviabazaları ilə bağlı gedən müzakirələri dəyərləndirərkən deyib.

“Amerikalılar çox kobud şəkildə davranır və Türkiyəni özlərindən daha da uzaqlaşdırırlar. Hətta deyərdim ki, Rusiyaya tərəf sürükləyirlər. Amerikalılar bütün etik qaydaları pozmaqdan çəkinmirlər. Misal üçün, “erməni soyqırımı”nın tanınması Türkiyəyə beldən aşağı zərbədir. ABŞ Konqresi bu məsələnin həssaslığına önəm verməyərək qərar qəbul etdi”.

Ekspert bildirib ki, Türkiyəni tamamilə itirmək ABŞ üçün fəlakət ola bilər:

“Ankaranın aviabazaları qapatması ABŞ üçün Türkiyənin düşmənə çevrilməsinin göstəricisi olacaq. ABŞ manevr imkanları baxımından xeyli ərazi itirəcək. Türkiyə NATO olduğu müddətdə amerikalılarla sövdələşmə edərək xallar qazana bilər”.

Tarix
2019.12.18 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla