Yuxarı

Ölkəyə şok yaşadan əsgər: niyə 27 adam öldürdü?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə şok yaşadan əsgər: niyə 27 adam öldürdü?

Tailandda hərbçinin dinc insanlara atəş açmasının motivi məişət konflikti ilə bağlı olub.

Axar.az xəbər verir ki, bunu Tailand baş naziri, general Prayut Çan Oça jurnalistlərə açıqlamasında deyib.

“Motiv cinayətkar və onun xidmət yoldaşları arasında ev satışı ucbatından yaranan məişət konflikti olub. Quru Qoşunları Komandanlığı bu konfliktin detallarını öyrənməyə çalışacaq ki, faciənin baş vermə səbəbini anlasın”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Tailandın şimal-şərqindəki ticarət mərkəzlərindən birində 32 yaşlı xüsusi təyinatlı, Quru Qoşunlarının kapralı Çakrafant Txomma dinc sakinləri girov götürüb. Xüsusi təyinatlılar ərazini mühasirəyə alsa da, dinc sakinlərə atış açan hərbçi 1 xüsusi təyinatlını öldürərək, mühasirədən qaçmağı bacarıb.

Onu səhər saatlarında zərərsizləşdirmək mümkün olub.

Son məlumata görə, hadisə nəticəsində ümumilikdə 27 nəfər ölüb, 63 nəfər yaralanıb. Yaralılardan 57-si xəstəxanaya yerləşdirilmişdi ki, onlardan da artıq 25-i evə buraxılıb.

Tarix
2020.02.09 / 13:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla