Yuxarı

Kadırov hədələdi, Moskva nəşri məqaləni qaldırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov hədələdi, Moskva nəşri məqaləni qaldırdı

“Novaya qazeta” Çeçenistanda koronavirus pandemiyası barədə yaydığı məqaləyə girişi bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə saytın baş redaktoru Dmitri Muradov açıqlama yayıb.

O bildirib ki, məqalə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin məktubu əsasında yayımdan qaldırılıb.

D.Muradov nəşrin Baş Prokurorluğa aydınlaşdırma üçün müraciət edəcəyini də qeyd edib:

“Məqalənin dərcindən sonra mən Çeçenistan rəhbərliyinin mətbuat katibi ilə danışdım və onların mövqeyinin heç bir senzuraya məruz qalmadan yayımlana biləcəyini dedim. Ancaq cavabında əvvəlcə Çeçenistan lideri Ramzan Kadırovdan kifayət qədər emosional cavab aldıq, bu gün isə Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Federal Xidmətindən məlum məktub daxil oldu”.

Baş redaktor onu da bildirib ki, məqalənin yayımını dayandırmalarına baxmayaraq, Kadırovun şərhi sosial şəbəkə hesabında qalmaqdadır.

Baş redaktor əmin olduğunu bildirib ki, Baş Prokurorluq məsələni ədalətlə həll edəcək.

Qeyd edək ki, Kadırov sözügedən məqalə ilə bağlı kəskin etirazını bildirmiş, hətta bu medianı xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham etmişdi.

Tarix
2020.04.16 / 01:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla