Yuxarı

Tanınmış söz adamları AYB-yə yığışdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış söz adamları AYB-yə yığışdı – Foto

Bu gün AYB-nin Natəvan klubunda Könül Həsənqulunun "O zəminin sahili" adlı şeirlər kitabının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyat adamlarından Vaqif Yusifli, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət, Rəbiqə Nazimqızı, Mirmehdi Ağaoğlu, Vaqif Əsədov, Səlim Babullaoğlu, Kənan Hacı, Şəhriyar Del Gerani, Qan Turalı, Ramin Hacılı, Aysel Əlizadə və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB mətbuat xidmətinin katibi Xəyal Rza şairəni təbrik edib, ona uğurlar arzulayıb.

Daha sonra çıxış edən tənqidçi Vaqif Yusifli xanım şairə ilə bağlı bunları deyib:

"Kitabla tanış olmasam da, indi vərəqlədim, bəzi şeirləri oxudum. Könülün poetik təfəkkürü moderndir. O, hamının yanaşdığı duyğuları başqa tərəfdən görə bilir. Şeirinə başlamış olduğu zəmi mövzusunda da məharətlə digər məsələləri qabardır, gözəlliyi ilə inqilab mövzusuna keçid edərək sürrealistliyi göstərir. Bundan əlavə, o, təşbeh və metaforalardan da yerində istifadə edib".

Vaqif Yusiflidən sonra söz alan Kəmalə Abıyeva da Könül Həsənqulunun şeirləri haqda danışıb: "Şeirlərini sevdim, çox bacarıqlıdır. Mən tənqidçi yox, oxucu kimi onun cümlələrinin ahənginə qapıldım".

Qeyd edək ki, "AybKitab" layihəsində çap olunan "O zəminin sahili" Könül Həsənqulunun ilk kitabıdır.

Tarix
2015.04.10 / 15:49
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla