Yuxarı

Çarukyan həbs edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çarukyan həbs edildi

İrəvan məhkəməsi Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın həbs edilməsi ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Erem Sərkisyan məlumat verib.

"Gözlədiyimiz kimi, məhkəmə Qagik Çarukyana qarşı həbs qətimkan tədbiri seçilməsinə qərar verdi", - o deyib.

Sərkisyan apellyasiya şikayəti verəcəklərini bildirib.

Çarukyanın özü isə məhkəmə iclasında iştirak etməyib və qərarı qanunsuz adlandırıb:

“Bu, əsl qanunsuz qərardır. Bunun arxasında dayananlar qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş prokuroru parlament qarşısında Çarukyanın məsuliyyətə cəlbi üçün toxunulmazlığının ləğvi ilə bağlı müraciət etmişdi. Parlament buna razılıq vermişdi.

Çarukyan seçicilərin satın alınmasında ittiham edilir. Çarukyan bu ittihamları rədd edir.

Tarix
2020.09.26 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla