Yuxarı

Türkiyə ermənilərə görə konfrans keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ankarada uydurma "erməni məsələsi" ilə bağlı beynəlxalq elmi konfrans keçirilib.

AzərTac xəbər verir ki, iki gün davam edən konfransda Türkiyə hökumətinin və parlamentinin üzvləri, digər dövlət strukturlarının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Rusiya da daxil olmaqla 10-dan çox ölkədən tanınmış alimlər və diplomatlar iştirak ediblər.

Mərkəzin rəhbəri Həsən Cəlal tədbiri açdıqdan sonra Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan çıxış edərək bildirib ki, Ermənistan Türkiyə ilə münasibətdə qeyri-konstruktiv mövqeyini davam etdirir. Ermənilər iddialarının əsassız olduğunu bildiklərinə görə qondarma "erməni soyqırımı" məsələsinin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasından boyun qaçırırlar.

Elmi konfransda uydurma "erməni soyqırımı"nın müxtəlif aspektlərinə dair məruzə və çıxışlar dinlənilib. Azərbaycanlı, eləcə də xarici məruzəçilər ermənilərin XX əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Qarabağ və Naxçıvan da daxil olmaqla Azərbaycanın bir çox bölgələrində, həmçinin Türkiyə ərazisində həyata keçirdikləri kütləvi qırğınlardan, eləcə də 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımından danışıblar.

Toplantı uydurma "erməni məsələsi" barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək dəyərləndirilib.

Konfransın yekunları ilə bağlı hesabat hazırlanıb.

Tarix
2015.05.25 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla