Yuxarı

Jirinovski: "Sanksiya tətbiq edənlərlə yox, Bakıyla..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasında "Müasir şərtlərdə Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin iqtisadi, maliyyə, siyasi və sosial aspektləri" adlı dəyirmi masa keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadə və iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Dumasının deputatları, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Dumanın komitə sədrinin müavini Dmitri Savelyev və eləcə də ekspertlər iştirak ediblər.

Tədbirdə Şimal-Cənub dəhlizi nəqliyyat layihəsi kimi birgə böyük miqyaslı layihələr, idman, təhsil sahələri, parlamentlərarası qarşılıqlı fəaliyyət, Xəzər regionunun inkişafı yolları, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi imkanları müzakirə olunub.


Tədbirdə çıxış edən Vladimir Jirinovski qeyd edib ki, Rusiya Azərbaycanla bir çox istiqamətlərdə münasibətləri inkişaf etdirə bilər: "Biz turizm, ticarət sahəsində Azərbaycanla sıx əməkdaşlıq etməliyik. Bizə indi sanksiya tətbiq edənlərlə yox, Azərbaycanla ticarət əlaqələrinə diqqət etməliyik. Bizim Azərbaycan prezidentinə dərin hörmətimiz var. İlham Əliyev postsovet ölkələri içərisində ən müdrik liderdir".

Jirinovski deyib ki, Rusiyanın Azərbaycanla daha yaxşı münasibətləri ola bilər: "Yəqin ki, gələcəkdə iki ölkə arasında münasibətlər daha yüksək səviyyədə olacaq. İqtisadi əlaqələri elə qurmaq lazımdır ki, bu hər iki tərəfə sərfəli olsun. İndi hər iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün əla vaxtdır".

Rusiyalı siyasətçi Azərbaycanda rus dilinə hörmətlə yanaşıldığını da bildirib.

Azərbaycanın həyata keçirdiyi xarici siyasəti yüksək qiymətləndirən Vladimir Jirinovski Azərbaycanın hər kəslə dostluq etdiyini, bütün ölkələrlə yaxşı əlaqələr qurduğunu qeyd edib: "Bu işdə ən böyük xidmət təbii ki, dövlət başçısı İlham Əliyevindir".

Tədbirdə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə "Böyük Vətən Müharibəsində Qələbənin irsi: tarixi dərslər və tarixi yaddaşın qorunub saxlanılması" adlı məruzə ilə çıxış edib.

Tarix
2015.05.29 / 23:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla