Yuxarı

Qonşuda münaqişə: polis rəisi soydaşımızı avtomatla vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Qaraçöp mahalında (Yormuğanlı kəndi) gürcülər milli zəmində münaqişə törədiblər.

Publika.az-ın verdiyi məlumata görə, erməni qarışığı olan, keçmiş polis rəisi Soso adlı şəxs Qaraçöp mahalının Tüllər kənd sakini olan Babək Şərifov adlı gənci vurub. Hadisə əvvəllər kəndə məxsus olan, Saakaşvili hakimiyyəti dövründə İranlı iş adamlarına satılmış torpaq sahəsində yaradılmış fermer təsərrüfatında baş verib.

Belə ki, təsərrüfatda mühafizə rəisi işləyən Soso həmin şirkətdə tərcüməçi olan Babək Şərifovdan onu kəndə aparmağı tələb edib. Əlində işi olduğunu deyən Babək ondan bir qədər gözləməsini, işi yekunlaşandan sonra aparacağını söyləyib. Bundan qəzəblənən Soso avtomatın qundağı ilə Babəkin başına zərbə endirib. Bunu eşidən yüzlərlə kənd sakini təsərrüfata gedib. Soso xalqdan üzr istəmək əvəzinə onları təhqir edib.

"Torpaqlarınızı əlinizdən alıb satdıq, indi sıra evlərinizə və canınıza gəldi", - deyə xalqı hədələyib. Digər bir gürcüyə traktorla xalqı əzməsini əmr edib. Sosonun əmrini yerinə yetirən gürcü traktoru işə salaraq camaatın üstünə sürüb. Bundan qəzəblənən yerli sakinlər traktoru daşa basaraq şüşələrini sındırıblar. Xalqın qəzəbindən qorxan Soso başının dəstəsi ilə hadisə yerindən qaçıb.

Qeyd edək ki, Qaraçöp mahalı Gürcüstanın Kaxetiya bölgəsində azərbaycanlıların yaşadığı yeganə kənddir. Bir neçə il əvvəl kəndin örüş sahəsi və əkinə yararlı torpaqları xalqdan xəbərsiz hərraca çıxarılaraq xarici şirkətlərə satılıb.

Tarix
2015.07.06 / 23:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla