Yuxarı

Eks-diplomat: “Rus qazı Gürcüstanı məhv edəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus qazı Rusiyanın Tiflis üzərində əlavə siyasi rıçaqlarının meydana gəlməsinə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Gürcüstan Xarici İşlər nazirinin keçmiş müavini Serqi Kapanadze söyləyib. Onun sözlərinə görə, qondarma Cənubi Osetiya lideri Leonid Tibilov və Gürcüstanın Energetika naziri Kaxa Kaladzenin "Qazprom"dan qaz alınması ilə bağlı bəyanatlarında oxşar məqamlar çoxdur:

"Onların hər ikisi "Qazprom"u daha yaxşı variant kimi göstərməyə çalışırlar. Bu isə əslində həqiqət deyil. "Qazprom" Kremlin iqtisadi yox, siyasi silahıdır. O heç vaxt azad olmayacaq. "Qazprom"un Gürcüstana daxil olması, Tiflisin Rusiyadan asılılığının artması deməkdir. Doğrudur, ruslar qazı ucuz satacaqlar, amma ölkənin enerji azadlığı üçün də təhlükə yaratmış olacaqlar. Yəni risk xeyirdən daha çoxdur".

Qeyd edək ki, Gürcüstan hakimiyyəti bir müddət öncə "Qazprom"dan qaz almaqla bağlı gizli danışıqlara başlayıb. Tiflislə bərabər qondarma Cənubi Osetiyada "Qazprom"dan qaz almaq istədiyini bəyan edib.

Tarix
2015.11.05 / 16:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla