Yuxarı

İranın yararlandığı qüvvə... - İŞİD

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın yararlandığı qüvvə... - İŞİD

Tehran bölgədə gücünü möhkəmləndirmək üçün İŞİD-dən istifadə edir.

Axar.az xəbər verir ki, İranın Yaxın Şərqdə rolu ilə bağlı Türkiyə mediasında geniş məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, İŞİD Yaxın Şərqdə hərbi əməliyyatlara başlamamışdan öncə İran İraqda öz mövqeyini gücləndirməkdə çətinlik çəkirdi. İŞİD bölgəyə ayaq basandan Tehran bu bölgələrdə mövqeyini dərhal möhkəmləndirməyə başladı. İran daxilində elə bir durum yaranıb ki, Tehrandan Paris teraktına ziddiyətli reaksiyalar verilir. Belə ki, İran Prezidenti Həsən Ruhani Fransa Prezidenti Fransua Ollanda başsağlığı veribsə, mühafizəkar cəbhənin reaksiyası tamamilə fərqli olub.

İranın Ali dini lideri Ayətullah Xameneiyə yaxınlığı ilə seçilən "Keyhan" qəzetində isə belə bir başlıqda məqalə yer almışdı: "İŞİD-in quduz iti sahibinin ayağını dişlədi".

İran mühafizəkarları Yaxın Şərqdə baş verən böhrana dair fikirlərini sübut etmək üçün Paris hücumlarından istifadə edirlər. Belə ki, İran mühafizəkarları İŞİD-in Əsədi devirmək üçün Qərb dövlətləri tərəfindən yaradıldığını israrla qeyd edirlər.

Bütün bu ritorikalar İran liderlərinin Suriya, İraq, Yəmən və Livanda apardığı siyasəti yumşaltmayacağını göstərir. Bu səbəbdən də Vyanada Suriya danışıqları səmərəli olmayacaq. İranlı liderlərin Əsədə verdikləri dəstək isə Suriya məsələsinin həllini daha da çətinləşdirəcək.

Tarix
2015.11.20 / 22:46
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla