Yuxarı

Jirinovski Türkiyəni müharibə ilə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyadakı iri neft yataqlarına görə bu ölkəni ələ keçirmək, Ərdoğan isə sultan olub Osmanlı imperiyasının keçmiş müstəmləkəsindəki nüfuzunu bərpa etmək istəyir.

Virtualaz.org saytı xəbər verir ki, bunu "Layf Neys" telekanalının efirində LDPR lideri Vladimir Jirinovski deyib.

Jirinovskinin sözlərinə görə, Suriyada hazırda dövlət və dövlətçilik yoxdur: "Türklər isə bundan istifadə edib yağlı tikəni elə-belə, havayı əldə etmək istəyirlər. Türklər Suriya ilə sərhədi müntəzəm olaraq pozur, yaraqlılardan qaçaqmal neft alırlar".

Rusiyalı siyasətçi hesab edir ki, bu gün Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinə görə Ankaraya sərt münasibət göstərilməlidir: "Rusiya Türkiyəyə turist axınının qarşısını almalı, bu ölkəyə qaz ixracını dayandırmalıdır".

Jirinovski deyib ki, indi Putinin əl-qolu açıqdır: "Putinin əlində icazə var. Federasiya Şurası ona planetin istənilən nöqtəsində silahlı qüvvələrdən istifadə etmək icazəsi verib".

LDPR lideri hesab edir ki, Rusiyanın Suriyada həyata keçirməsi Türkiyəyə sərfəli deyil: "Su-24-ün vurulması Türkiyənin Rusiyanı regionu tərk etməyə məcbur etməsi cəhdi də ola bilər. Bundan əlavə, Moskva türklərlə münaqişədə olan kürdləri dəstəkləyə bilər".

Tarix
2015.11.24 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla