Yuxarı

Ankara hərəkətə keçdi: “İslam NATO”su yaradılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Səudiyyə Ərəbistanın liderliyi ilə yaradılan İslam İttifaqında yer alacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu Türkiyənin Ər-Riyadda qurulacaq mexanizmin bütün mərhələlərində, o cümlədən hərbi mərhələdə iştirak edəcəyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada son səfərini şərh edən SETA Fondunun Ankara koordinatorunun müavini Muhittin Ataman TRT kanalına verdiyi müsahibəsində iki ölkənin bir-birinə ehtiyac duyduğunu söyləyib: "Suriya böhranında iki ölkə eyni cəbhədə yer alıb. Əsəd rejiminin getməsini ən çox bu iki ölkə istəyir. İranın "altılıq"la imzaladığı nüvə razılaşması hər iki ölkədə narahatlıq mənbəyi oldu. Razılaşma Səudiyyə Ərəbistanı və Türkiyənin Qərb üçün əhəmiyyətinin azaldığı anlamına gəlirdi. Qərb bu üç ölkəni eyni anda dəstəkləmir. Rusiyanın Suriya lehinə döyüş meydanına enməsi də bu iki ölkə arasında bağları daha da artırdı".

Türkiyəli ekspert İraq, Suriya və Yəməndə dövlətin, Qətərdən başqa körfəz ölkələrində isə vəziyyətin qənaətbəxş olmadığını deyib: "Bölgədəki mövqelərini möhkəmləndirmək üçün Səudiyyə Ərəbistanı və Türkiyənin bir-birinə ehtiyacı var. Çox həssas nöqtədəyik".

Tarix
2016.01.01 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla