Yuxarı

429 minlik “Qarabağnamə” İTV-yə qayıdır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
429 minlik “Qarabağnamə” İTV-yə qayıdır?

Çəkilişləri uzun müddətdir dayanan "Qarabağnamə" serialı İTV-də yayımlanmağa başlayacaq.

Axar.az-a daxil olan məlumatlara görə, "Carçıfilm" yaradıcılıq birliyi "Qarabağnamə"nin davamının çəkilməsi üçün serialın rejissorları əməkdar incəsənət xadimi Bəhram Osmanov və rejissor Cavid Təvəkkülə yenidən müraciət edib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxsa da, Milli Tеlеviziyа və Rаdiо Şurаsının rəsmiləri bəzi qaranlıq mətləblərə aydınlıq gətirdilər.

MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov İTV-nin "Qarabağnamə"nin davamını çəkdiyindən xəbərsiz olduğunu açıqladı:

"Biz hələ ki, İTV ilə belə bir razılığa gəlməmişik. İTV-nin axırıncı apelyasiya şikayətindən sonra baş tutan instansiya məhkəməsində şikayət təmin edilmədi. Bu o deməkdir ki, İTV məhkəmə qərarına uyğun olaraq ya bizə o məbləği geri ödəməlidir, ya da "Qarabağnamə"ni təhvil verməlidir. Əgər serialı öz hesablarına çəkib təqdim etmək istəyirlərsə, bu serial da bizim həmin televiziya ilə vaxtında bağladığımız müqavilənin şərtlərinə uyğun olaraq çəkilməlidir, əks halda serial qəbul edilməyəcək".

Xatrıladaq ki, MTRŞ bir müddət əvvəl məhkəməyə müraciət edərək "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürmüş, məhkəmə də Şuranın xeyrinə qərar çıxarmışdı.

Tarix
2016.02.12 / 16:38
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla