Yuxarı

Berbokun avtomobilini rus dronu izləyib - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berbokun avtomobilini rus dronu izləyib - Şok

Almaniya xarici işlər naziri Annalena Berbokun Nikolayev şəhərinə səfərini vaxtından əvvəl yarımçıq dayandırmasına səbəb onun kortejini Rusiyaya məxsus pilotsuz uçuş aparatının izləməsi olub.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, maşın karvanında “Bild”in əməkdaşı Nadya Asvad da olub və o, hadisə barədə yazıb:

“Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi maşın karvanına yaxınlaşdı. Ukrayna nümayəndə heyətinin üzvlərinin smartfonuna həyəcan siqnalı gəldi və sürücülər drondan uzaqlaşmağa çalışırlar. Lakin o, maşın karvanının arxasınca uçaraq onları təqib etdi. Sonda sürücülər drondan yaxa qurtarmağı bacardılar”.

Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfəri zamanı həyəcan siqnalı səbəbindən 4 saat sığınacaqda qalmalı olub.

Tarix
2024.02.26 / 13:59
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla