Yuxarı

Netanyahu daxildəki “əsas düşməni” susdurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahunun kabineti Qətər televiziyasının Qəzza zolağında yayımını qadağan edən parlamentin ötən ay təsdiq etdiyi yeni qanundan istifadə edərək, ölkədə “Əl-Cəzirə” televiziyasının bağlanmasına səs verib.

Axar.az xəbər verir ki, İsrail Nazirlər Kabineti bu gün qadağanı yekdilliklə təsdiqləyib. Daha sonra rabitə naziri Şlomo Karni qadağanın tətbiqi ilə bağlı əmr imzalayıb və bu, dərhal qüvvəyə minib.

Hər 45 gündən bir nəzərdən keçirilməli olan qərar səlahiyyətlilərə kanalın İsraildəki ofislərini bağlamaq, yayım üçün istifadə olunan avadanlıqları (telefon və kompüterlər istisna olmaqla) müsadirə etmək, televiziya yayımlarını dayandırmaq və internet saytlarına girişi məhdudlaşdırmaq səlahiyyəti verir.

Ötən ilin payızında Yaxın Şərqdə münaqişənin kəskinləşməsi başlayandan bəri kanal bu hadisələri çox aktiv şəkildə işıqlandırır, həmçinin İsraili Qəzzada cinayət törətməkdə ittiham edir.

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində telekanalın bir neçə əməkdaşı və onların yaxınları həlak olub.

Tarix
2024.05.05 / 20:56
Müəllif
Didəm Qədirova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla