Yuxarı

Terrorçunun qardaşı təhlükəsizlik rəhbəri imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorçunun qardaşı təhlükəsizlik rəhbəri imiş

TUSAŞ teraktı ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, "Hürriyyət" qəzeti teraktı törədən Minə Sevjin Alçiçəkin böyük qardaşı Davud Alçiçəyin İzmir şəhərinin Çiğili rayon bələdiyyəsində təhlükəsizlik rəhbəri olduğunu yazıb. O, teraktdan sonra vəzifəsindən azad olunub.

Terrorçunun digər qardaşı da İzmir bələdiyyəsinə bağlı İZENERJİ şirkətində Sosial Xidmətlər İdarəsində sürücü işləyirmiş.

İzmir Böyükşəhər Bələdiyyəsinin başqanı Cəmil Tuqay məsələ ilə bağlı açıqlamasında valilikdən M.Alçiçəklə bağlı cavab gözlədiklərini bildirib.

O, sürücü işləyən Alçiçəkin uzun müddət əvvəl şirkətdə işə başladığını, barəsində hər hansı mənfi bir şey görmədiklərini və hadisə bəlli olandan sonra Alçiçəyi məzuniyyətə göndərdiklərini söyləyib.

Qeyd edək ki, oktyabrın 23-də Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Tarix
2024.11.02 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla