Yuxarı

Sərkisyanı Moskvada Kadırov öldürüb? - Sensasion iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyanı Moskvada Kadırov öldürüb? - Sensasion iddia

Moskvadakı “Alıye parusı” yaşayış kompleksində sui-qəsd nəticəsində öldürülən "dxr"in “boks federasiyasının prezidenti”, “Arbat” batalyonunun yaradıcısı Armen Sərkisyan eyni zamanda kriminal dairələrdə “Armen Qorlovski” ləqəbi ilə tanınır.

Axar.az xəbər verir ki, “Kremlevskaya tabakerka” Teleqram kanalı məlumat yayıb.

Kanal Sərkisyana sui-qəsdlə bağlı iki əsas versiya irəli sürüb:

“Birinci versiyada Ukraynanın iştirakı istisna edilmir. Belə ki, Sərkisyan 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyinə qarşı aktiv çıxış edib və ona qarşı Ukraynada cinayət işləri açılıb.

İkinci versiyada isə Sərkisyanın kriminal keçmişi qətlin əsas motivlərindən biri olaraq ehtimal edilir. Sərkisyan müxtəlif, o cümlədən qeyri-leqal bizneslə məşğul olub və son illərdə nüfuz dairələrinin bölüşdürülməsi ilə bağlı münaqişələrə qarışıb. Mənbələr onun Çeçenistan rəhbəri Ramzan Kadırovla çətin münasibətlərinin olduğunu qeyd edir. Sərkisyanın yaxın münasibətdə olduğu Aptı Alaudinov əvvəllər tərəflər arasında vasitəçi rolunu oynayaraq münaqişnin böyüməsinin qarşısını alıb. Xüsusilə bir il əvvəl Moskvada Sərkisyanın adamları ilə Rəsul Oçayevin qrupu arasında baş verən atışmanı məhz Alaudinov həll etmişdi. Hər iki versiya inandırıcıdır. Düşmən KİV-ləri bu hadisəni xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı kimi təqdim etməyə çalışır, lakin buna inanmaq olmaz. İkinci versiyanı dəstəkləyən fakt isə Kadırovun son dövrlərdə təsir gücünü itirməsidir. O, “dxr”ə nəzarətini genişləndirmək istəyir və bu güc nümayişi gözlənilməz nəticələrə səbəb ola bilər. Sərkisyanın qətli onun yaxın çevrəsinin intiqamına yol aça bilər”.

Tarix
2025.02.04 / 12:56
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla