Yuxarı

Rada Zelenskini vəzifədə saxlamaq üçün yeni cəhd edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rada Zelenskini vəzifədə saxlamaq üçün yeni cəhd edəcək

Ukraynalı deputat Aleksey Qonçarenko bildirib ki, Rada Prezident Vladimir Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair qətnamə qəbul etmək üçün yeni cəhd edəcək.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, siyasətçi bu barədə öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, müvafiq sənədin növbəti iclasda səsverməyə çıxarılması planlaşdırılır:

"Demokratiyaya dəstək haqqında qətnamə yenidən Radaya təqdim olunur, növbəti iclasda baxılacaq".

Fevralın 24-də deputat Yaroslav Jeleznyak bildirib ki, Ali Radada Vladimir Zelenskinin səlahiyyətlərinin davam etdirilməsinin dəstəklənməsi ilə bağlı qətnamə səsvermədən keçməyib. Qətnamənin lehinə 218 deputat səs verib. Onun keçməsi üçün 226 səs tələb olunurdu.

Bundan sonra Radanın keçmiş deputatı, “Başqa Ukrayna” hərəkatının eksperti Spiridon Kilinkarov bəyan edib ki, Zelenskinin səlahiyyətlərinin uzadılmasına dair səsvermə onun parlamentin dəstəyini itirdiyini və tezliklə hakimiyyəti də itirəcəyini göstərir.

Zelenskinin rəsmi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb.

Tarix
2025.02.25 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla