Yuxarı

İrana mümkün hücum: Tehran hansı “qonşusunu” hədələyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana mümkün hücum: Tehran hansı “qonşusunu” hədələyir?

ABŞ Prezidenti Donald Tramp İranla müharibə istəmir. Ancaq Tramp Tehranın ABŞ-ın və İsrailin tələblərini yerinə yetirməsini tələb edir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ-ın tələbi Tehranın nüvə çalışmalarından imtina etməsidir:

“Rəsmi Tehran isə ultimativ tonda Vaşinqtonla müzakirələr aparmayacağını açıqlayıb.

ABŞ-dan fərqli olaraq, İsrail İranın strateji hərbi mərkəzlərinə raket zərbələrinin endirilməsinin tərəfdarıdır. İsrail ötən ilin oktyabr ayında İrana raket zərbələri endirməklə İranın hava müdafiə sistemlərinı sıradan çıxarıb. İsrail hökuməti hesab edir ki, nə qədər ki, İran silahlı qüvvələri hava müdafiə sistemlərini bərpa edə bilməyib, bu ölkənin hərbi mərkəzlərinə növbəti zərbələr endirilməlidir. İsrail hökuməti bu yolla İranın uranı zənginləşdirmək siyasətini əngəlləyəcəyini düşünür.

İran ordusunun Baş Qərargah rəisi general Məhəmməd Bagiri bildirib ki, İran istənilən hücumu dəf etməyə və düşmənin cavabını verməyə hazırdır. Bagirinin sözlərinə görə, İranın hava müdafiə sistemləri bərpa olunub. “Əgər İrana təhlükə yaranarsa, bu halda bölgədə vəziyyət gərginləşəcək, qeyri-sabitliyi yaradanlar və onların müttəfiqləri təhlükə altında olacaqlar” deyən iranlı general konkret ölkələrin adlarını çəkməsə də, ABŞ və İsrailin bölgədəki tərəfdaşlarını nəzərdə tutub. Bagiri “bölgə ölkələri” dedikdə Səudiyyə Ərəbistanı və Azərbaycanı da nəzərdə tuta bilər. Səudiyyə Ərəbistanının ABŞ-la, Azərbaycanın isə İsraillə tərəfdaşlıq münasibətləri mövcuddur. Səudiyyə Ərəbistanı və Azərbaycan İrana qarşı raket zərbələrinin endirilməsinin tərəfdarı deyillər, bölgədə gərginlik istəmirlər. Ancaq Bagirinin sözlərindən belə çıxır ki, əgər ABŞ və ya İsrail İrana zərbə endirərlərsə, Tehran bu iki dövlətin bölgədəki tərəfdaşlarını da hədəf alacaq. Halbuki mümkün toqquşmanın bölgə ölkələrinə aidiyyəti olmayacaq”.

Politoloqun fikrincə, hər bir halda Azərbaycan müttəfiqləri ilə koordinasiyanı gücləndirməlidir:

“Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyədə rəsmi görüşlərə başlayarkən, xarici xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib. Səfər çərçivəsində Ceyhun Bayramov səudiyyəli həmkarı Feysəl bin Fərhan əs-Səudla görüşüb. Rusiya-Ukrayna müharibəsi bitərsə və ya atəşkəs əldə olunarsa, Kremlin Cənubi Qafqaza diqqəti artacaq, eyni zamanda İsrail-İran gərginliyi də bölgə üçün təhlükələr yarada bilər. Gələcək təhlükələr barədə müttəfiqlər arasında fikir mübadiləsinin genişlənməsinə ehtiyac var”.

Tarix
2025.02.26 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla