Yuxarı

Tramp-Zelenski qalmaqalı: Avropa liderləri nələr yazdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp-Zelenski qalmaqalı: Avropa liderləri nələr yazdı?

Bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstək ifadə ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, siyasətçilər Ukrayna liderini sosial şəbəkədə paylaşım edərək dəstəkləyiblər.

“Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”, – Avropa Birliyi Şurasının Prezidenti qeyd edib.

“Güclü olun, cəsarətli olun, qorxmaz olun”, – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ukraynca yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Ağ Evdə Zelenski ilə Trampın qalmaqallı görüşünə baxmayaraq, Avropa Ukraynaya arxa çevirməməlidir.

“Ukrayna, biz səninləyək”, – o yazıb.

“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın Baş naziri Donald Tusk X-də qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron yazıb: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”.

“Hörmətli Vladimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”, – Almaniyanın gələcək kansleri Fridrix Merz yazıb.

Bu əsnada Tramp amerikalı demokratlar tərəfindən tənqid edilib.

“Tramp və Vens Putinin çirkin işini görürlər”, – Senatın demokrat lideri Çak Şumer bildirib.

“Bağışlayın, Prezident Tramp. Biz avtoritarizmə deyil, demokratiyaya inanırıq”, – ABŞ senatoru Berni Sanders yazıb.

Trampı onun keçmiş müşaviri Con Bolton da tənqid edib:

“Tramp və Vens Rusiya – Ukrayna müharibəsində Rusiyanın tərəfində olduqlarını bəyan ediblər”.

Tarix
2025.03.01 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla