Yuxarı

Tramp qərarlıdır, Ağ Evdəki münaqişə... - Mariani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp qərarlıdır, Ağ Evdəki münaqişə... - Mariani

Ukraynadakı münaqişə Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla canlı efirdə Kiyevi görünməmiş həssas vəziyyətə salmasından sonra Rusiyanın şərtləri ilə həll edilə bilər.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Fransadan olan üzvü Tyeri Mariani deyib.

"Ukrayna münaqişəsinin inkişafı baxımından bu hadisə şübhəsiz ki, dönüş nöqtəsidir: Tramp Rusiya ilə razılaşma tələblərini yerinə yetirmədiyi təqdirdə Ukraynanı yalqız qoymağa hazır görünür", - Mariani bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.

Tarix
2025.03.01 / 21:11
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla