Yuxarı

Trampın Zelenski ilə görüşü pis hadisədir - Orban

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Zelenski ilə görüşü pis hadisədir - Orban

ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüş pis hadisə oldu, çünki Kiyev sülh istəmədiyini göstərdi.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

“Trampın Zelenski ilə görüşü Avropada müharibə və sülh məsələsinin həlli üçün çox vacibdir, amma bu, indi “pis xəbər” kimi qəbul edilir. Tramp Ukraynadakı münaqişənin həlli üçün irəliləyiş istəyini bildirdi, amma Zelenski ya sülhə razı olmadığını, ya da amerikalıların təklif etdiyi şərtlərlə bunu qəbul etmədiyini göstərdi”, - Orban bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.

Tarix
2025.03.02 / 01:08
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla