Yuxarı

Görüş hörmətlə başladı, Tramp yardım söz verdi, sonra...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Görüş hörmətlə başladı, Tramp yardım söz verdi, sonra...

Zelenski Putinin qatil kimi tanınmasını tələb etməklə Trampın siyasətində açıq şəkildə dəyişiklik etməyə çalışdı, lakin bu, vəziyyəti daha da pisləşdirdi.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç 28 fevralda Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında yaşanan mübahisə haqda deyib.

“Ukrayna prezidenti ya ABŞ, Rusiya və Çin arasında qlobal razılaşmaları başa düşmür, ya da bilərəkdən Trampı aşağılamağa çalışır. Bütün videonu əvvəldən diqqətlə izləsəniz, görərsiniz ki, söhbət çox tərifli başladı. Tramp açıq şəkildə bəyan etdi ki, Ukraynaya hərbi yardımı davam etdirəcək”, - Arestoviç bildirib.

Keçmiş müşavir qeyd edib ki, söhbət nadir torpaq materialları sövdələşməsinə getdikdə emosiyalar qızışıb:

“Zelenskinin fikir ayrılığına səbəb olan məqam təhlükəsizlik təminatının olmamasıdır. Trampı razı salmaq üçün istifadə etdiyi üsul emosiyaları yüksəltdi. Onun Trampdan əldə etməyə çalışdığı məqsəd “Putin qatildir” kimi ictimai etiraf idi".

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı sazişin imzalanması ləğv edilib.

Tarix
2025.03.02 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla