Yuxarı

Suriya yenə qarışdı: Toqquşmaları bu general başlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya yenə qarışdı: Toqquşmaları bu general başlatdı

Xəbər verdiyimiz kimi, Suriyanın Latakiya və Tartus şəhərlərində hökumətə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında qanlı toqquşmalar yaşanır.

Bəs bu toqquşmalar hansı prosesdən sonra baş verib?

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığındakı keçmiş “Dördüncü diviziya”nın briqada komandiri, general Qiyat Süleyman Dala martın 6-da bəyanat yayaraq, “Suriya Azadlıq Hərbi Şurası”nı qurduğunu və şuranın rəhbəri olduğunu açıqlayıb.

Dala ilk mesajında ​​“Suriyanı azad etmək, mövcud rejimi devirmək, vahid, suveren Suriya dövləti qurmaq, dövlət qurumlarını milli və demokratik əsaslar üzərində yenidən təşkil etmək və köçkünlərin geri qayıtması üçün şərait hazırlamaq” sözləri ilə xalqı şuraya qoşulmağa çağırıb.

Bu çağırışdan sonra Suriyanın Latakiya və Tartus şəhərlərində toqquşmalar başlayıb.

Qeyd edək ki, hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.

Tarix
2025.03.08 / 16:03
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident

Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Bratislava-Bakı aviareysi açıla bilər

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu

İlham Əliyev Slovakiyaya getdi

Şahin Mustafayev Arakçı ilə görüşdü - Foto

Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...

İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla