Yuxarı

Rusiya 38 aydır Donbası tuta bilmirsə... - ABŞ analitiki

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya 38 aydır Donbası tuta bilmirsə... - ABŞ analitiki

Rusiyanın hərbi gücü artıq işğal öncəsi dövrlə müqayisədə yalnız bir kölgə olaraq qalır. Müharibədə qələbə qazanmaq üçün əsas rol oynayan Rusiyanın mexaniki qoşunları “qanı çəkilmiş” vəziyyətdədir, onların sərəncamında isə muzey səviyyəli hərbi yük maşınları, mülki avtomobillər, mikroavtobuslar, yolsuzluq texnikaları və motosikletlər var.

Axar.az xəbər verir ki, bu barədə “Nyusvik”da amerikalı analitik Devid Aks qeyd edib.

Onun sözlərinə görə, belə texnika və silahların mövcudluğu qələbəyə hazır olan bir gücün göstəricisi deyil.

“Qələbə” anlayışını istənilən rasional mənada götürsək, Rusiya qalib gəlmək üçün Ukraynanın hazırda işğal etdiyi 20 faizindən daha böyük hissəsini ələ keçirməlidir. Ən azından, Rusiya Ukraynanın şərqində yerləşən ən böyük vilayətlər – Donetsk və Luqansk üzərində nəzarəti möhkəmləndirməlidir. Amma hətta bu nisbətən mülayim hədəfə çatmaq üçün də hələ onlarla mil məsafə qalır”, – deyə ekspert vurğulayıb.

O bildirib ki, Rusiya və Şimali Koreya qoşunları üçün bu onlarla kilometrlik irəliləyiş getdikcə daha da çətinləşir.

Aksın fikrincə, bu cür imkanların reallaşması ehtimalı çox azdır, çünki Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq 38 aydır davam edir.

Tarix
2025.04.15 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla