Yuxarı

Hindistan Hind çayının Pakistana axınını kəsdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Hind çayının Pakistana axınını kəsdi

Hindistan bəndlər və kanallar üzərində su axını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq, Hind çayından Pakistana su axınının qarşısını alıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu, 1960-cı ildə ölkələr arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri ilk hadisədir.

Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.

Qeyd edək ki, 22 apreldə Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində turistlər atəşə tutulub, nəticədə 26 turist ölüb. Hindistan bu qətli törədən terrorçuların arxasında Pakistanın dayandığını bildirərək, sərt tədbirlərə əl atıb, pakistanlılara verilən bütün vizalar ləğv edilib, Pakistan vətəndaşlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib, həmçinin Dehli Su Müqaviləsindən çıxdığını elan edib. Hindistan Pakistandakı səfirliyinin heyətini də yarıya qədər azaldacağını bildirib və Pakistan səfirliyinin əməkdaşlarının 55-dən 30-a endirilməsini tələb edərək, hərbi attaşeni persona non-qrata elan edib.

Pakistan Hindistanın ittihamlarını rədd edib.

Tarix
2025.04.25 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla