Yuxarı

Pakistan vətəndaşlarına 48 saat vaxt verildi: Ölkəni tərk edin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan vətəndaşlarına 48 saat vaxt verildi: Ölkəni tərk edin!

21:17

Hindistan özünün və Pakistanın diplomatik nümayəndəliklərinin sayının azaldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri Cammu və Kəşmirdə baş verən son terror aktını şərh edərkən deyib.

O bildirib ki, 2025-ci il mayın 1-dək hər iki ölkənin dipmissiyalarının tərkibi 55 nəfərdən 30 nəfərə endiriləcək. Pakistanın Yeni Dehlidəki missiyasının hərbi məsləhətçiləri “persona non qrata” elan edilib və bir həftə ərzində Hindistanı tərk etmək əmri verilib. Hindistanın İslamabaddakı missiyasındakı oxşar vəzifələr ləğv edilir və əlaqədar işçilər geri çağırılacaq.

Digər addımlara Hind Suları Müqaviləsinin dayandırılması daxildir. Misri vurğulayıb ki, “Pakistan transsərhəd terrorizmi dəstəkləməyi dayandırana qədər” saziş dondurulacaq. Hindistan iki ölkə sərhədində yerləşən Attari keçid məntəqəsini də bağlayacağını elan edib.

Qeyd edək ki, Hindistan 48 saat ərzində SAARC vizadan imtina sxeminə əsasən ölkədəki bütün Pakistan vətəndaşlarını ölkədən çıxaracağını da bildirib. 1992-ci ildə tətbiq edilən SAARC viza imtiyaz sistemi yüksək vəzifəli məmurlardan və hakimlərdən tutmuş jurnalistlərə, idmançılara və iş adamlarına qədər 24 kateqoriyanı əhatə edir. Misrinin sözlərinə görə, bundan sonra Pakistan vətəndaşlarının proqram çərçivəsində ölkəyə girişi qadağan edilib və əvvəllər verilmiş bütün vizalar ləğv edilib. Hindistandakı Pakistan vətəndaşlarının ölkəni tərk etmək üçün 48 saat vaxtı var.

Bundan öncə Pakistan və Hindistan ordularının hazır vəziyyətə gətirildiyi haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Cammu və Kəşmirin Pahalqam bölgəsində silahlı hücum olub. 22 apreldə günortadan sonra üç naməlum silahlı Baysaran vadisində at sürən turistlərə fərq qoymadan atəş açıb. Hücuma görə məsuliyyəti Rusiyada fəaliyyəti qadağan edilmiş “Ləşkəri-Taibə” terror təşkilatına bağlı olan Müqavimət Cəbhəsi qruplaşması öz üzərinə götürüb.

Hücum nəticəsində, son məlumata görə, ən azı 26 nəfər ölüb, 13 nəfər yaralanıb.

Tarix
2025.04.23 / 23:45
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla