Yuxarı

Qobustan qayaüstü təsvirləri Bakıda - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qobustan qayaüstü təsvirləri Bakıda - Foto

Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşan “Zamanla üz-üzə” sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib. Sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş ilə tanış olmaq imkanı yaranıb.

Kult.az xəbər verir ki, bu sözləri martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədinin Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaratmaq olduğunu söyləyən V.İsayev vurğulayıb ki, sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə ərsəyə gəlib. Qeyd edib ki, sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstalyasiya formatında olan sənət əsərləri yer alır.

“Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi iki gün müddətində - martın 13-14-ü, saat 10:00-dan 18:00-dək ziyarətçilər üçün açıq olacaq”, - deyə Vüqar İsayev bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Azərbaycan Rəssamlar İttifaqı tərəfindən həyata keçirilən silsilə tədbirlərin məntiqi davamıdır. “Reinkarnasiya” layihəsi çərçivəsində paytaxtın bir sıra muzeylərində müxtəlif sərgilərin təşkil edildiyini söyləyən nazir layihənin budəfəki mövzusunun Qobustana aid olmasını təqdirəlayiq hadisə hesab edib.

“Bu il Azərbaycan tarixi memarlıq sənəti üçün, bütün bu sahədə çalışan insanlar üçün çox önəmli bir ildir. Ölkəmizin tarixində ilk dəfə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Bu beynəlxalq tədbirdə dünyanın 200-dən artıq ölkəsindən 3 minədək nümayəndə iştirak edəcək. Tədbirə qatılacaq hər bir nümayəndə heyəti öz ölkəsinin tarixi-mədəni yerlərini təşkilatın Dünya Mədəni İrs Siyahısına salınması üçün müzakirələr aparacaq. Bu, bizim üçün çox önəmli və məsuliyyətli məsələdir. Bizim bu siyahıya daxil olan abidələrimiz var. Onların bəşəriyyət tərəfindən qorunması xalqımızın yaratdığı mirasa böyük hörmət və ehtiramın göstəricisidir”.

Sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq bildirən nazir mədəniyyət ictimaiyyəti adından son günlər mədəniyyət və incəsənət sahəsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov layihənin əhəmiyyətindən danışıb, belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov, Ziyadxan Əliyev və başqaları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara təşəkkürlərini bildiriblər.

Sonra qonaqlar martın 14-dək davam edəcək sərgi ilə tanış olublar.

Tarix
2019.03.13 / 13:39
Müəllif
Kult.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla