Yuxarı

Səyyar sərgi: “Yenə o bağ olaydı” - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səyyar sərgi: “Yenə o bağ olaydı” - Foto

Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Yenə o bağ olaydı” adlı səyyar sərginin açılışı olub.

Kult.az xəbər verir ki, “Yarat” Müasir İncəsənət Məkanının təqdim etdiyi sərgi Azərbaycanın əbədiyaşar şairi Mikayıl Müşfiqin ən məşhur “Yenə o bağ olaydı” şeirinin adı ilə təşkil olunub. Sərgini “Yarat” Müasir İncəsənət Məkanının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Hökümə Kərimova açıb. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Vəfa Abbasova iştirakçıları salamlayıb və bu kimi sərgilərin keçirilməsinin daima Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

“Yarat” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva çıxış edərək şəhər rəhbərliyinə və bütün sərgi iştirakçılara öz minnətdarlığını bildirdi.

Sonra sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verdi.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamlar – Nəzrin Məmmədovanın, Vüsalə Ağarazıyevanın, Mousa Bəyzadə, Günay Əliyevanın, Etibar İsmayılovun əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, sərgi cari ilin sentyabr ayının 20-dək davam edəcəkdir.

Tarix
2019.06.27 / 19:45
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla