Yuxarı

Reza Deqatinin fotolarında gizlənən sirr... - Boncovanni

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reza Deqatinin fotolarının səciyyəvi xüsusiyyəti ilk növbədə onların qardaşlığı, dostluğu əks etdirməsidir. Fotoları vasitəsilə Reza diqqəti humanizm məsələlərinə, xüsusilə də zərurət olan sahələrə cəlb edir. Sülhə və mehriban birgə yaşayışa çağırışları əks etdirir. Rezanın foto süjeti sülh şəraitində yaşamaq üçün bəşəriyyətin ehtiyac duyduğu zərurətlər üzərində qurulub.

Kult.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Fransada təşkil edilmiş “Dünyanın mənşəyi” adlı sərginin komissarı, “Maison Laurentine” incəsənət sahəsində tədqiqat, yaradıcılıq, mədəniyyət mühəndisliyi mərkəzinin yaradıcısı Pyer Boncovanni deyib.

Beynəlxalq səviyyəli incəsənət komissarı P. Boncovanni bildirib ki, məşhur fotoqraf Reza Deqatinin müharibə zonalarına getməsinin səbəblərindən biri məhz sülhü təşviq etməyə xidmət edir. O, müharibə zonalarını əks etdirməklə sülhə olan zərurəti fotoların dili ilə çatdırır. Reza fotolarının əksəriyyətində müəmmalı anlar aydın görünür. İlk baxışdan foto gözəl görünsə də, foto ilə bağlı tarixçəni dinlədikdən sonra onun necə bir faciəni əks etdirdiyini görürük. Bu sərgidə onun son fotoları nümayiş olunur. Fotoların əks etdirdiyi anlar müəmmalıdır. Bu müəmmalar diqqəti çəkir.

“Məsələn, nar ağacının budağını əks etdirən bu foto. Foto əsrarəngizdir, çox gözəldir. Nar yarpağı üzərində qırmızı ləkələr. Ancaq bu füsunkar fotonun tarixçəsi füsunkarlığı qədər də ağrılı və faciəvidir. Bu fotoda nar yarpağı üzərindəki qırmızı izlər qan izidir. Bomba partlayışının qurbanı olmuş 16 yaşlı azərbaycanlı gəncin qanıdır. Rezanın fotolarında çox vaxt belə ismarıclar olur. Onun fotoları sanki bir dünyadır, daxil olduqca onun nə qədər dərin olduğunu və tarixcəsini görürük. Məhz buna görə də bu sərgini “Rezanın müasir Odisseyası” adlandırmışıq. Çünki Reza hər bir fotosu ilə ziyarətçiləri çox mürəkkəb bir dünyaya səyahət etdirir. Bütün fotolarında eyni fikri-sülh zərurəti fikrini yayımlayır”,-deyə P. Boncovanni diqqətə çatdırıb.

“Sevgidən, dostluqdan kənarda qardaşlığın, sülhün həll yolu yoxdur” deyən Reza Deqatinin fikirlərini təsdiqləyən komissar Bonvcovanni Reza fotolarını diqqətlə seyr etdiyini bildirib: “Reza Deqatinin fotolarında gizlənən sirr məni cəlb edir. Fotonu başa düşməyə, bu sirrin arxasında nə gizləndiyin öyrənməyə çalışıram. Buna əsasən də, təşkil etdiyim sərgilərdə nümayiş olunan əsərlərin seçimini aparıram. Azərbaycanla bağlı çox saylı və sirrlərlə dolu fotolar var. Bu fotolara baxanda böyük maraq yaranır, ona görə onlar diqqəti cəlb edir və onların tarixçəsi təsirli olduğu üçün onlara xüsusi yazılı mətn hazırlayırıq”.

Tarix
2021.07.05 / 18:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla