Yuxarı

Rafiq Əzizin əsəri əsasında Türkiyədə xatirə nişanları buraxıldı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Əzizin əsəri əsasında Türkiyədə xatirə nişanları buraxıldı

Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi “1071 Malazgirt meydan müharibəsi” əsəri əsasında qardaş ölkədə xatirə nişanları hazırlanıb.

Kult.az xəbər verir ki, azərbaycanlı rəssam, İstanbulun Yeditəpə universitetinin professoru Rafiq Əziz tərəfindən bu il fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “1071 Malazgirt meydan müharibəsi” əsəri hədiyyə edilib.

Malazgirt zəfərinin 950-ci ildönümü münasibətlə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi Dövlət Zərbxanası həmyerlimizin yağlı boya ilə çəkilən adıgedən tablosu əsasında Türkiyə Prezidenti Administrasiyası gerbli qızıl və gümüş medalyon, eləcə də 20 türk lirəsi gümüş xatirə sikkəsi çap edib.

Bu medalyonlar Malazgirt zəfərinin 950 illiyi münasibətilə keçirilən tədbirdə xarici qonaqlara xatirə nişanəsi olaraq hədiyyə edilib.

Xatırladaq ki, bu, həmyerlimizin əsərləri əsasında Türkiyə zərbxanasında çap edilən onuncu gümüş xatirə puludur. Xatirə pulu bu günlərdə İstanbul zərbxanasının mağazasında satışa çıxacaq.

Tarix
2021.08.26 / 21:23
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla