Yuxarı

Alim Qasımov Ramilin sərgisində - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov Ramilin sərgisində - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə fiziki imkanları məhdud istedadlı rəssam Ramil Əhmədovun fərdi sərgisi keçirilib.

Kult.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssam Ramil Əhmədovun fərdi sərgisində çıxış edib. Deyib ki, Ramil 17 yaşından rəssamlıqla məşğuldur və ilk növbədə Bəhruz Kəngərlidən, sonra Səttar Bəhlulzadə və Pablo Pikassodan təsirlənərək əsərlər yaradıb:

“Ramil mənzərə, portret, natürmort və tematik-çoxfiqurlu janrlarda şəkillər çəkməyə daha çox üstünlük verir. 600-dən artıq müxtəlif mövzulu və fərqli səpkidə çəkilmiş gözəl əsərlərin müəllifi olan Ramilin indiyədək 12 fərdi sərgi ilə çıxış edib. Həmçinin 50-yə yaxın ümumi sərgidə əsərləri nümayiş olunub. O, bir çox müsabiqədə birincilik qazanıb. Ramil Əhmədov yeniliklərə açıq və özü yeniliklər yaratmağa qabil rəssamdır.

O, 11 ildir Azərbaycan Rəssamlar İttifaqının üzvüdür”.

Ramil Əhmədovun sərgisində xalq artisti Alim Qasımov, əməkdar artistlər – Elnarə Abdullayeva, Fərqanə Qasımova, Manana Caparidze, “UMAY – Türk dünyası Qadınlarına Dətək” İB sədri Vəsilə Abulova, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional ictimai təşkilatının sədri Tərlan Qasımov, tanınmış ziyalılar çıxış edərək, öz ürək sözlərini bölüşüblər.

Sərgidə aydınlar, QHT, KİV təmsilçiləri iştirak edib.

Sərgidə Ramil Əhmədovun 60-dan çox əsəri nümayiş olunub və tam əksəriyyəti sərgi iştirakçıları tərəfindən alınıb.

Tarix
2022.05.22 / 15:30
Müəllif
Kult.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla