Yuxarı

Xarici rəssamlar Füzulidə

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici rəssamlar Füzulidə

Avqustun 29-da Mədəniyyət Nazirliyinin "Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi” layihəsi çərçivəsində bir qrup yerli və xarici rəssamın işğaldan azad edilən Füzuli rayonuna səfəri təşkil olunub.

Kult.az xəbər verir ki, səfər zamanı gənc rəssamlar Füzuli Beynəlxalq Hava Limanında, daha sonra Qarğabazar kəndindəki karvansarada olub və ətrafdakı dağıntıları izləyiblər.

Hava limanında iştirakçılara Füzuli rayonunda salınan şəhər və yenidən tikiləcək kəndlər barədə məlumat verilib. Bildirilib ki, rayonda “Blue zone” adlanan şəhər ərazisi yaradılacaq, burada sərt yer örtüklərindən istifadə olunmayacaq. Yolboyu ərazidə xidmət müəssisələrinin olması insanların avtonəqliyyat vasitələrindən asılılığını azaldacaq.

Qonaqlar, həmçinin şəhərin ümumi planı ilə tanış olub, orada yaradılacaq nəqliyyat sistemi, sosial xidmətlər - səhiyyə, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələri, həmçinin yerli əhəmiyyətli memarlıq abidələri haqqında məlumat alıblar.

Tarix
2022.08.29 / 22:33
Müəllif
Kult.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla