Yuxarı

Xərçəng xəstələrini sevindirəcək xəbər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus kimya mütəxəssisləri və Amerikanın Immun Farmasetikals şirkətinin mütəxəssisləri xərçəngin müalicəsində effektiv nəticə əldə edə bilərlər.

Axar.az xəbər verir ki, onların hissiz xərçəng hüceyrələrini yox etmək özəlliyini özündə ehtiva edən kükürd, hidrokarbon və azot komponentlərini tapdığı məlum olub.

Moskva Fizik və Texnologiya İnstitutundan Aleksandr Kiselyov sözügedən komponentlərin təsadüfən seçilmədiyini deyib:

“Aminotiazolların çoxu geniş farmakoloji və bioloji təsirə malikdir. Buna görə də biz bu sinfə aid komponentlərin xərçəngə qarşı təsir göstərə biləcəyini düşündük”.

Kiselyov və əməkdaşları sürətli və ucuz bir şəkildə xərçəngin müalicəsində istifadə edilməsini təmin edəcək molekul sintez metodundan bəhs ediblər. Rusiyadan olan kimya mütəxəssisləri bu metoddan istifadə edərək 30 ədəd dərman toplayıblar.

Aparılan təcrübələrin nəticəsinə görə, bu molekula oksigen və kükürd elementlərini özündə birləşdirən karbohidrat zəncirinin əlavə edilməsi dərmanların təsir gücünü artırıb, eyni zamanda xərçəng hüceyrələrinin bölünmə müddətini dayandırıb. Bu dərmanların xərçəngin müalicəsində istifadə edilə biləcəyi bildirilib. Daha sonra mütəxəssislər bu komponentin necə təsir etdiyini və bölünən hüceyrələri necə məhv elədiyini araşdıracaq.

Tarix
2016.12.02 / 00:14
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla