Yuxarı

Bakıdan cərrahlar Naxçıvana getdi - Əməliyyatlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadası iyunun 15-dən Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiyaya start verib.

Axar.az verir ki, bu tədbir ölkəmizin müxtəlif regionlarında skrininq proqramı üzrə həyata keçirilir. Proqramın mahiyyəti mərkəzin xərçənglə mübarizə istiqamətində həm ölkə paytaxtında, həm də regionlarda qlobal miqyasda öz fəal iştirakını davam etdirməkdən ibarətdir. Ölkə rəhbərliyinin daim diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının davamlı inkişafı, yüksək texnologiyalara əsaslanan texniki bazasının təkmilləşdirilməsi, cərrahiyyə blokunda yaradılmış şərait, burada müasir tibbi avadanlıq, cihaz və aparatların qurulması ən mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Milli Onkologiya Mərkəzi əhaliyə tibbi xidmət göstərmək üçün artıq ikinci dəfədir ki, bu səhiyyə müəssisəsinin imkanlarından yararlanaraq onkoloji xəstələrin müayinə və müalicəsini təşkil edir.

Yüksəkixtisaslı həkim briqadası xəstəxanada ilk gün qalxanabənzər vəzi, invaziv diaqnostika, mamoloji, onko-ginekoloji, uşaq onkoloji, baş-boyun şişləri, ultrasəs, abdominal onkoloji müayinələr aparıb. İyunun 16-da isə müayinələrlə yanaşı, cərrahi əməliyyatlar da icra olunub. Mərkəzin professoru Əziz Əliyev tərəfindən uğurla icra olunan əməliyyatlardan sonra xəstələr palatalara yerləşdirilib.

Şərur rayonunun Düdəngə kənd sakini Səkinə Əliyeva bildirib ki, üzərində total strumektomiya əməliyyatı aparılıb. İndi özünü yaxşı hiss edir. O, başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

İyunun 17-də isə Naxçıvan Muxtar Respublika Xəstəxanasında yüksəkixtisaslı həkim briqadasının iştirakı ilə “Onkoloji xəstəliklərin müayinə və müalicəsində müasir yanaşma” mövzusunda konfrans keçirilib.

Tarix
2017.06.17 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla