Yuxarı

Diş məcunu insanı qoyuna çevirir? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diş məcunları ən çox istifadə olunan gigieynik vasitələrdən sayılır.

Bu sözləri Axar.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla AKP-dən olan millət vəkili Əli İhsan Yavuzun diş məcunları haqqında iddiasına münasibət bildirərkən deyib. O bildirib ki, bu çox ciddi ittihamdır:

“Çünki hazırda hər ailədə bu vasitədən istifadə olunur. Əgər diş məcunları ilə bağlı belə ciddi bir iddia səsləndirilirsə, ilk növbədə əsaslandırılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının müvafiq strukturları bu işlə məşğul olmalı və ümumi qərar verilməlidir”.

A.Qeybulla bu tip xəbərlərin bəzən anti-reklam xarakterli də ola biləcəyini qeyd edib:

“Belə iddialar bəzi şirkətləri vurmaq, onların fəaliyyətinə kölgə salmaq üçün də ictimailəşdirilə bilir. Digər tərəfdən ortada konkret fakt varsa, diş məcunlarının tərkibi üzərində tədqiqat işləri aparılmalıdır. Ancaq bir açıqlamaya görə biz bu faktı təsdiq edə bilmərik”.

Qeyd edək ki, AKP-dən olan millət vəkili Əli İhsan Yavuz sosial şəbəkədə diş məcununun tərkibində olan florürün insan beyninə təsir etdiyini, Qərbin bu vasitədən insanları qoyun kimi idarə etmək üçün istifadə etdiyini yazıb.

Tarix
2017.09.23 / 16:36
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla