Yuxarı

Bu klinikada son 6 ayda 3-cü ölüm baş verdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ay içində Bakının ən məşhur özəl klinikalarından olan “Grand Hospital”da ikinci ölüm hadisəsi baş verib. Bu, klinikada son 6 ayda 3-cü ölüm hadisəsidir.

Axar.az xəbər verir ki, sözügedən özəl klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımov dünyasını dəyişib. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Qeyd edək ki, cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı qız "Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. 5 gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi. Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynov isə hadisədə özünü qismən günahkar hesab etmişdi.

“Grand Hospital”da bir neçə ay öncə də ölüm baş verib. Belə ki, ötən ilin 24 iyun tarixində qaraciyərində yaranmış problemə görə “Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi.

Ölkədə fəaliyyət göstərən özəl kliniklar arasında demək olar ki, ən məşhuru və ən böyüyü hesab edilən 12 mərtəbəli mülkə sahib klinikada baş verən ölümlərlə bağlı cinayət işi açılıb.

Tarix
2017.12.19 / 12:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İtaliya onu Azərbaycana səfir təyin etdi

Edqars Rinkeviçs Azərbaycana gələcək

Bakı-İrəvan arasında sülhün əldə olunması... - Mierinya

İlham Əliyev Dayqa Mierinanı qəbul etdi

Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - Təcili

Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla