Yuxarı

Qoz-fındıq yeməkdən qorxmayın – Kardioloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

32 il ərzində aparılan tədqiqatlar sübut edib ki, mütəmadi qərzəkli meyvə yeyənlərdə ümumi ürək-damar xəstəlikləri və tac-damar xəstəliyi riski 13-23% aşağıdır.

Axar.az xəbər verir ki, bu sözləri həkim-kardioloq Vüsal Vəliyev Novruz bayramı ərəfəsidə qoz, fındıq, fıstıq, badam kimi qərzəkli meyvələrin həddən artıq qəbul edilməsinin sağlamlıq üçün zərərli olması fikirlərini şərh edərkən deyib. Kardioloq bildirib ki, xarici mütəxəsslər fındıq, fıstıq və qozun ürək-damar sisteminə təsirini araşdırıb və nəticələr göstərib ki, əslində qoz-fındıq ürəyə faydlıdır:

“Ötən il Amerikan Ürək Cəmiyyətinin nüfuzlu JACC jurnalında bir məqalə yayınlanmışdı. Fıstıq və qozun ürək-damar sisteminə təsiri araşdırılıb. Tədqiqat 1980-ci ildə başlayıb və 32 il davam edib. 210 000 tibb işçisi üzərində aparılan bu tədiqat həftədə 5 dəfə 28 qram qərzəkli meyvə yeyənlərlə nadir hallarda yeyənləri müqayisə edib. Nəticə: mütəmadi qərzəkli meyvə yeyənlərdə ümumi ürək-damar xəstəlikləri və tac-damar xəstəliyi riski 13-23% aşağıdır (tac damarları ürək infarktına yol açan damardır).

Doğrudur, bu araşdırmada qərzəkli meyvə deyəndə qoz, fındıq və yerfıstığı nəzərdə tutulub, amma digər tədqiqatlarda, kardiologiya kitablarında badam, anakardiya, püstə, şabalıd haqqında da eyni fikirlərə rast gəlmək mümkündür”.

Kardioloq bildirib ki, tədqiqatçılar belə çərəzləri həddən çox və duzlu formada yeməməyi tövsiyə edirlər:

“Keçən il “Food and Function” jurnalında yayımlanan və 18 tədqiqatın ümumi analizini verən bir məqalədə qərzəkli meyvələrin bütün səbəblərə bağlı ölüm göstəricisini (hətta xərçəng xəstəliyinə bağlı olanları da) aşağı saldığı qeyd edilib.

Qərzəkli meyvələrin ürək-damar sistemindən savayı sinir sistemi, şəkər xəstəliyi, hiperxolesterolemiya kimi xəstəliklərə də faydalı təsir göstərdiyi haqqında tədqiqatlar var. Qərzəkli meyvələrin tərkibindəki bioaktiv maddələr, doymamış yağlar, bitki zülalları, lif, folat, minerallar,vitaminlər, antioksidantlar, tokoferol və fenolik qatışıqlar damarın içini döşəyən endotel hüceyrələrin işini yaxşılaşdırır, oksidatif stress nəticəsində yaranan sərbəst radikalların, iltihablaşmanın qarşısını alır. “Pis xolesterol” olaraq bilinən LDL-xolesterolu aşağı salır. Damarlarda qan laxtasının əmələ gəlməyini və damarı tıxamağını əngəlləyir. Yüksək təzyiq və öd daşı xəstəlikləri üzərində müsbət effekti vardır. Şəkər xəstələrində insulinə qarşı həssaslığı artırır. Qərzəkli meyvələrin yaddaşı gücləndirdiyi, beynin öyrənmə, qavrama funksiyalarını artırdığı da deyilir”.

V.Vəliyevin sözlərinə görə, qərzəkli meyvələr yüksək kalorili və yağlı qidalardır və çox yeyilsə, artıq çəkiyə səbəb olar:

“Ona görə də dozasında yemək məsləhətdir, “çox yesəm, xeyri çox olar” düşüncəsi səhvdir. Tövsiyə edilən doza həftədə 5 dəfə, təxminən bir ovuc qədərdir. Tərkibində yağ çox olsa da, o yağlar “doymamış yağlar” adlandırılan faydalı qrupdandır, ürək və beyinə xeyirlidir, balıqda da o yağdan var. Kimsə qərzəkli meyvələri qovrulmuş halda yeyir, amma qovurmadan yemək yaxşıdır. Yerfıstığı mağazalarda üstündə “yerfıstığı əzməsi, yaxud kremi” yazısı olan bankalarda da satılır, onların duz və şəkər əlavəsiz olanları məsləhətdir. Həddən çox yemək artıq çəkiyə səbəb olsa da, normal miqdarda yeyəndə artıq çəkidən qurtulmağı asanlaşdırır”.

Tarix
2018.03.20 / 02:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla