Yuxarı

Axşam yeməyindən imtina etməyin - Dietoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxsaylı diet proqramlarında hansı yanlışlara yol verilir? Diet proqramı müddətli olmalıdırmı?

Gündə neçə dəfə qidalanmaq lazımdır? Hormonal, metobolik pozğunluqların dietlə tənzimlənməsi mümkündürmü? Hansı pəhriz proqramları təhlükəlidir? Pəhriz proqramlarında bir sıra qidaların tamamilə menyudan çıxarılması nə dərəcədə əsaslıdır?

APA-nın "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan həkim-dietoloq Şəfa Yadigarova deyib ki, diet proqramları hər bir insan üçün fərdi olmalıdır: "Bir insanın problemlərini, səhhətini, psixoloji durumunu nəzərə almadan onun çəkisini azaltmaq mümkün deyil. Çəki artımının səbəbi önəmlidir. Bir çox insanlar internetdən götürülən diet proqramlarına müraciət edirlər. Məsələn, hamı bir dietdən istifadə edir, 1-2 kilo itirir, bir müddət sonra daha artıq çəki qazanırlar".

Mono dietlərin ziyanlı olduğunu deyən həkim-dietoloqun sözlərinə görə, təqdim olunan təktərkibli dietlər sonradan fəsadlara səbəb olur: "Bir çox insanlar anlamadan mono dietlərə üstünlük verir, orqanizmin tələb etdiyindən çox az kalorili qida istifadə edirlər. Bu isə sonradan prosesin əksinə getməsi ilə nəticələnir, çəki itkisi əvəzinə, artımı qeydə alınır. Metabolizm prosesi zəifləyir, qısa zamandan sonra həmin şəxs az miqdarda faydalı qidalar qəbul etsə belə artıq çəki yaranır. Mən mono dietləri qəbul etmirəm. Bu, yanlış qidalanmalıdır. Bu dietlər nəticəsində insanlar sonradan o qədər böyük çəkilər qazanırlar ki, bunun qarşısını almaq mümkün olmur”.

Şəfa Yadigarova deyib ki, ən effektiv diet proqramları psixoloji hazırlıqla başlayır və düzgün qidalanma ilə həyata keçirilir: "Diet proqramı insanın ac qalması demək deyil. İnsan ac qalmamalıdır, yeyərək arıqlamalıdır".

Həkim-dietoloq hesab edir ki, yalnız çəki azlığından əziyyət çəkən insanlar axşamlar yeyə bilər: "Artıq çəkidən azad olmaq istəyən insanlar axşam meyvələrə üstünlük verməməlidirlər”.

Mütəxəssis onu da deyib ki, axşam yeməyindən imtina olunması düzgün deyil: “Əgər bir insan gecə saat 2-də yatırsa, necə ola bilər ki, saat 18-də yemək yesin, 2-yə kimi ac qalsın. Bu, qəbul olunmazdır. Axşam yeməyində ağartı məhsullarına, zülalla zəngin qidalara üstünlük verilməlidir. Karbohidratları axşamlar qəbul etmək olmaz, daha yaxşı olar artıq çəkidən əziyyət çəkənlər tərəvəzlər, salatlar qəbul etsinlər".

Süni şəkər istifadəsinin tərəfdarı olmadığını deyən Ş. Yadigarova hesab edir ki, uşaqlara ümumiyyətlə, şirniyyat vermək düzgün deyil: "Təbii şəkər qəbul etmək, yəni meyvələrdən, quru meyvələrdən istifadə etmək lazımdır".

Həkim-dietoloq ağ çörəkdən imtina etməyin də vacibliyini açıqlayıb. O, həmçinin dərman preparatları ilə arıqlamağı nəzərdə tutan diet proqramlarının doğru olmadığını açıqlayıb.

Tarix
2018.04.19 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla