Yuxarı

Bu elanla qadınları yoldan çıxarmağa çalışırlar – Almayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda mənşəyi bilinməyən, sertifikatı olmayan idman məhsulları satılır.

Axar.az-ın məlumatına görə, fəaliyyəti haqqında geniş bilgi olmayan "Tural Medikal - Dərmanlar və Tibbi ləvazimatlar" şirkəti bu malların satışı ilə məğuldur.

Şirkət sosial şəbəkələrdə məhsulları reklam etməklə satış həyata keçirir. Bu tip şirkətlərin dövlət qeydiyyatından keçməsi və qanuni fəaliyyəti ilə bağlı heç bir sənəd yoxdur.

Şirkət sözügedən malları reklam edərək qadınların hər zaman gözəl görünməyinə, qamətli, zərif və cazibədar olmağına yol açan "Pilates" adlı idman məhsulu satdığını iddia edir. Bildirilir ki, bu, bütün əzələ qrupları üçün məşğələlər sistemidir, bədəni möhkəmlətməklə oynaqların hərəkətliliyini və elastikliyini inkişaf etdirir.

Eyni zamanda, "Pilates metodikası" adı verilən bu sistem guya orqanizmə gözəl qamət, əzələlərin boşalmasını bəxş edir və beldə ağrıları aradan qaldırır.

Bu tip reklam sözləri ilə həmin məhsullar əsasən qadın müştərilərə satılır.

Reklamda bildirilir ki, qısa məşqlərdən sonra gözəçarpan dəyişiklik baş verir: "Dəyişiklikləri 10 məşqdən sonra özünüz, 20 məşqdən sonra ətrafdakılar hiss edəcək, 30 məşqdən sonra isə heyrətamiz nəticələr əldə edəcəksiniz. Əgər arıqlamaq istəyirsinizsə, sizdən hər hansı bir xüsusi fiziki səy tələb olunmur. Əksər qadınlarda çəki artımı əsəb gərginliyindən, stressdən sonra başlayır. Bu məşqlər sizin əsəblərinizi sakitləşdirərək harmoniya əmələ gətirəcək və nəticədə çəkiniz qaydaya düşəcək".

Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə satılan bu məhsulların mənşəyi, harada istehsal olunması, sertifikatı haqda heç bir məlumat yoxdur. Dəfələrlə KİV-də belə məhsulların bakteriya və xəstəlik mənbəyi olması ilə bağlı məlumatlar getsə də, bu məhsulların satışı dayanmır.

Mövzunu diqqətdə saxlayacağıq.

Tarix
2014.12.16 / 09:20
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla